“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Bərdə şəhəri 6 nömrəli körpələr evi–uşaq bağçasının kollektivi üçün İsmayıllı–Qəbələ ekskursiyası təşkil olunub

27/07/2026, 09:57
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bərdə Rayon Komitəsinin təşkilatçılığı ilə Bərdə şəhəri 6 nömrəli körpələr evi–uşaq bağçasının kollektivi üçün İsmayıllı və Qəbələ rayonlarına birgünlük ekskursiya təşkil olunub.

Ekskursiyanın məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, onların sosial rifahının dəstəklənməsi, kollektiv üzvləri arasında həmrəyliyin və qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi olub.

Səfər çərçivəsində iştirakçılar İsmayıllı və Qəbələnin füsunkar təbiəti, əsrarəngiz mənzərələri və görməli yerləri ilə yaxından tanış olublar. Kollektiv rayonların zəngin turizm imkanlarından faydalanaraq xoş və yaddaqalan anlar yaşayıb, maraqlı istirahət proqramında iştirak edib.

Ekskursiya iştirakçıları onlar üçün yaradılan bu gözəl istirahət imkanına və səfərin yüksək səviyyədə təşkilinə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bərdə Rayon Komitəsinə təşəkkürlərini bildiriblər.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bərdə Rayon Komitəsi tərəfindən təşkil olunan bu cür ekskursiyalar təhsil işçilərinin sosial-mədəni həyatının zənginləşdirilməsinə, kollektiv ruhunun gücləndirilməsinə və onların asudə vaxtının səmərəli təşkilinə mühüm töhfə verir.

Sosial şəbəkələrdə paylaş: