Xəbərlər
Bərdə şəhəri Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseyində tədbir keçirildi.
19/01/2026, 11:20
Bərdə şəhəri Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseyin Təlim-tərbiyə işləri üzrə direktor müavini Həsənova Səyalı Ələsgər qızının 65 yaşının tamam olması münasibətilə yubiley tədbiri keçirilmişdir.
Tədbir çərçivəsində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi tərəfindən Səyalı Həsənovanın təhsil sahəsində uzunmüddətli və səmərəli fəaliyyəti yüksək qiymətləndirilərək ona fəxri fərman və hədiyyə təqdim olunmuşdur.
Tədbirin sonunda yubilyar cansağlığı, ailə səadəti və gələcək pedaqoji fəaliyyətində uğurlar arzulanmışdır.




