“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Bərdə təhsil işçilərinə Fəxri fərmanlar təqdim edib

24/11/2025, 15:08
xeber1

Bərdədə müəllimə fəxri fərman təqdim olunub

Bərdə şəhəri Elgiz Kərimov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Nəsirova Mətanət Allahverdi qızı 65 yaşı tamam olması münasibətilə təltif edilib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi tərəfindən Mətanət Nəsirovaya pedaqoji fəaliyyətində göstərdiyi səmərəli əməyinə görə fəxri fərman və hədiyyə təqdim olunmuşdur.

Tədbirdə onun uzunmüddətli pedaqoji fəaliyyətinə, təhsil prosesinin inkişafında göstərdiyi yüksək peşəkarlığa və səmərəliliyə xüsusi qiymət verildiyi vurğulanmışdır və sonda kollektiv ilə xatirə şəkili çəkilmişdir.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: