Xəbərlər
Bərdədə müəllimin 65 illik yubileyi qeyd olundu
23/02/2026, 15:18
Bərdə rayonu Ələddin Dadaşov adına Xanağalı kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Hacıyeva Fazilə Rəhim qızının 65 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin sədri Misir Ənvərli çıxış edərək Fazilə müəllimənin uzunillik səmərəli pedaqoji fəaliyyətindən, təhsil sahəsində göstərdiyi xidmətlərdən və gənc nəslin yetişdirilməsindəki əməyindən bəhs edib.
Yubiley münasibətilə Hacıyeva Fazilə Rəhim qızına fəxri fərman və hədiyyə təqdim olunub.
Sonda yubilyara möhkəm can sağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulanıb.



