“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Bərdədə müəllimin 65 illik yubileyi qeyd olunub

18/02/2026, 11:15
xeber1

Bərdə rayonu Fərüz Sadıqov adına Qaradəmirçi kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Paşayeva Cəmilə Mikayıl qızının 65 illik yubileyi münasibətilə tədbir keçirilib.

Yubiley münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin sədri Misir Ənvərli tərəfindən Cəmilə müəlliməyə fəxri fərman və hədiyyə təqdim olunub. Çıxış edənlər onun uzun illər təhsil sahəsində səmərəli fəaliyyət göstərdiyini, şagirdlərin yetişdirilməsində və məktəbin ictimai həyatında fəal iştirak etdiyini vurğulayıblar.

Sonda yubilyara möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulanıb.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: