Xəbərlər
Bərdədə müəllimin 65 illik yubileyi qeyd olunub

Bərdə şəhəri Ramiz Nüsrət oğlu Musayev adına inteqrasiya təlimli internat tipli gimnaziyanın müəllimi Muradova Yeganə Fərman qızının 65 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə çıxış edən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bərdə Rayon Komitəsinin sədri Misir Ənvərli yubilyarın uzunillik səmərəli pedaqoji fəaliyyətindən, təhsil sahəsində qazandığı nailiyyətlərdən və gənc nəslin formalaşmasında göstərdiyi xidmətlərdən danışıb. Bildirilib ki, Yeganə müəllimə çalışdığı müddət ərzində öz peşəkarlığı, məsuliyyəti və yüksək insani keyfiyyətləri ilə həmkarlarının və şagirdlərinin rəğbətini qazanıb.
Sonda Muradova Yeganə Fərman qızı 65 illik yubileyi münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bərdə Rayon Komitəsi tərəfindən fəxri fərman və hədiyyə ilə təltif olunub.
Tədbir iştirakçıları yubilyara möhkəm can sağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulayıblar.




