Xəbərlər
Bərdədə müəllimin 65 illik yubileyi qeyd olunub.

Bərdə rayonu Nazim Hüseynov adına Alpout kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Rəhimova Təranə Qədir qızının 65 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin nümayəndələri və məktəb kollektivi iştirak ediblər. Çıxış edənlər Təranə Rəhimovanın uzunillik pedaqoji fəaliyyətindən, gənc nəslin təlim-tərbiyəsində göstərdiyi xidmətlərdən bəhs edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Yubiley münasibətilə Rəhimova Təranə Qədir qızı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi tərəfindən fəxri fərmanla təltif olunub, həmçinin ona hədiyyə təqdim edilib.
Sonda yubilyar göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib.




