“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Bərdədə müəllimlərin 65 illik yubileyi münasibətilə tədbir keçirilib

17/09/2026, 12:28
xeber1

Bərdə şəhəri Ramiz Nüsrət oğlu Musayev adına İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyanın müəllimləri Əliyev Rövşən Əhməd oğlunun və Kərimova Mahirə Göycə qızının 65 illik yubileyləri münasibətilə tədbir keçirilib.

Yubiley münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin sədri Misir Ənvərli müəllimlərlə görüşüb və onları 65 illik yubileyləri münasibətilə təbrik edib.

Görüş zamanı müəllimlərin uzunillik pedaqoji fəaliyyətləri, təhsil sahəsində göstərdikləri səmərəli əmək və gənc nəslin təlim-tərbiyəsindəki xidmətləri yüksək qiymətləndirilib.

Sonda yubilyarlara Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi tərəfindən Fəxri Fərman və hədiyyələr təqdim olunub.

Müəllimlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: