Xəbərlər
Bərdədə müəllimlərin 65 illik yubileyi qeyd olunub.

Bərdə rayonu Vüqar Sadıqov adına Şirvanlı kənd tam orta ümumtəhsil məktəbinin müəllimləri Əliyeva Aidə Allahverdi qızı, Əliyeva Kəmalə Aydın qızı və Əsədova Xuraman Mərdan qızı, habelə Bərdə rayonu Yalçın Yusifov adına Mollaisalar kənd tam orta ümumtəhsil məktəbinin müəllimləri Abdullayeva Sənubər Hümbətali qızı və Abdullayeva Nazilə Fezi qızı 65 illik yubileyləri münasibətilə təltif olunmuşlar.
Elm və Təhsil İşçiləri Bərdə Rayon Komitəsi tərəfindən təşkil olunmuş tədbirdə müəllimlərin uzunmüddətli və səmərəli pedaqoji fəaliyyəti yüksək qiymətləndirilmişdir. Yubiley münasibətilə onlara fəxri fərman, gül buketi və xatirə hədiyyələri təqdim edilmişdir.
Komitə sədri Misir Ənvərli tədbir çərçivəsində yubilyarlara təhsil sahəsində göstərdikləri xidmətlərə görə təşəkkür etmiş, möhkəm cansağlığı və gələcək fəaliyyətlərində uğurlar arzulanmışdır.




