“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Bərdədə Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil olundu.

13/03/2026, 21:48
xeber1

Müqəddəs Ramazan ayı münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi tərəfindən şəhid ailələri, müharibə iştirakçıları və təhsil işçilərinin iştirakı ilə iftar süfrəsi təşkil olunub.

Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin sədri Misir Ənvərli, Qarabağ Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri Qurban Məmmədov, Bərdə Rayon Təhsil Sektorunun müdiri Nicat İsmayılov, şəhid ailələri, qazilər və təhsil işçiləri iştirak etdilər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edildi, onların Vətən uğrunda göstərdikləri qəhrəmanlıq bir daha vurğulandı.Çıxış edən komitə sədri Misir Ənvərli Ramazan ayı səbir,mərhəmət və birlik ayı deyə vurğulayıb .Daha sonra şəhid ailələrinə göstərilən diqqət və qayğının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb, onların hər zaman cəmiyyətin diqqət mərkəzində olduqlarını bildirib.

Sonda şəhid ailələri ilə səmimi söhbətlər aparılıb, onlara mənəvi dəstək göstərilib. Belə tədbirlərin keçirilməsinin şəhid ailələrinə ehtiramın və həmrəyliyin ifadəsi olduğu qeyd edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin.

Tədbirin sonunda xatirə şəkili çəkilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: