Xəbərlər
BƏT-in Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə seminarlar təşkil olunub

28 aprel – Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən qeyd olunan Ümumdünya Əməyin Mühafizəsi və Sağlamlığı Günü münasibətilə “Sağlam psixososial iş mühitinin yaradılmasını təmin etmək” mövzusunda ilkin təşkilatlarda maarifləndirici seminarlar təşkil olunub.
Seminarlar zamanı əməkdaşlara sağlam və təhlükəsiz iş mühitinin formalaşdırılması, psixososial risklərin azaldılması, iş yerlərində stress və emosional yüklənmənin qarşısının alınması yolları barədə ətraflı məlumat verilib. Eyni zamanda, iştirakçılarla interaktiv müzakirələr aparılıb, onların sualları cavablandırılıb.
Tədbirlərin keçirilməsində əsas məqsəd iş yerlərində sağlam psixoloji mühitin yaradılmasına diqqətin artırılması, əməkdaşların rifahının qorunması və əmək məhsuldarlığının yüksəldilməsinə töhfə verməkdən ibarətdir.
















