“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Bəxtiyar Vahabzadənin zəngin ədəbi irsinə həsr olunmuş konfrans keçirilib

25/06/2026, 15:47
xeber1

ADPU-nun Şəki filialında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığına həsr olunmuş elmi-praktik konfrans keçirilib. Tədbirdə filialın professor-müəllim heyəti, tələbələr, ziyalılar və ADPU Həmkarlar İttifaqı Komitəsinin nümayəndələri iştirak ediblər.

     Konfrans zamanı çıxış edənlər Bəxtiyar Vahabzadənin Azərbaycan ədəbiyyatının inkişafında, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında, vətənpərvərlik və milli kimlik düşüncəsinin formalaşmasında oynadığı müstəsna roldan bəhs ediblər. Qeyd olunub ki, böyük şairin əsərləri bu gün də öz aktuallığını qoruyur, oxuculara mənəvi dəyərlərə sədaqət, vətən sevgisi və milli təfəkkür aşılayır.

   Tədbir çərçivəsində Həmkarlar İttifaqı Komitəsinin nümayəndələri də Bəxtiyar Vahabzadənin zəngin yaradıcılığının öyrənilməsi və təbliğinin əhəmiyyətini vurğulayaraq, bu kimi tədbirlərin gənc nəslin milli ruhda tərbiyəsində mühüm rol oynadığını qeyd ediblər.

    Konfrans iştirakçıları daha sonra şairin ev-muzeyini ziyarət edərək onun həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Muzeydə keçirilən görüş zamanı Bəxtiyar Vahabzadənin qızı Gülzar Vahabzadə tədbir iştirakçıları ilə səmimi söhbət aparıb, dahi şairin həyatına, yaradıcılığına və insan kimi xarakterinə dair maraqlı xatirələrini bölüşüb. Görüş iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və şairin irsinin daha yaxından tanınmasına töhfə verib.

    Səfər və konfrans iştirakçılarda dərin təəssürat yaradıb, Bəxtiyar Vahabzadənin Azərbaycan ədəbiyyatına və milli düşüncəsinə verdiyi töhfələrin əhəmiyyətini bir daha xatırladıb. Bu cür tədbirlər milli-mədəni irsimizin yaşadılması, ədəbi dəyərlərimizin təbliği və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.

  Böyük şəxsiyyətlərə göstərilən ehtiram onların irsinin yaşadılması və gələcək nəsillərə çatdırılması deməkdir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: