Xəbərlər
Beyləqan rayon ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinin ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri ilə görüş keçirilib
01/11/2025, 12:42

01 noyabr 2025-ci il tarixdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Beyləqan Rayon Komitəsi tərəfindən ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinin ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri ilə görüş keçirilib. Görüşdə ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinin çalışan işçilərin əmək hüquqlarının müdafiəsi, əməyin təhlükəsizliyi, layiqli iş şəraitinin yaradılması, habelə müalicə və istirahətin təşkili istiqamətində görülən işlər barədə məlumat verilib. Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib.







