Xəbərlər
Beyləqanda əmək mübahisələrinin həllində mediasiya və həmkarlar ittifaqlarının roluna həsr olunmuş tədbir keçirilib.

Beyləqan 1 saylı Mediasiya Təşkilatının təşəbbüsü və Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı, dəyərli Əziz müəllim Əzizovun dəstəyi ilə əmək mübahisələrinin həllində həmkarlar ittifaqlarının və mediasiyanın roluna həsr olunmuş geniş maarifləndirici tədbir keçirilib.
Görüş zamanı əmək münasibətlərində yaranan mübahisələrin qanunvericiliyə uyğun, qarşılıqlı anlaşma və dialoq əsasında həll edilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Mediasiyanın üstünlükləri, tərəflər arasında etimadın yaradılması, həmkarlar ittifaqları ilə mediasiya təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi və işçilərin hüquqlarının qorunması istiqamətində birgə fəaliyyət imkanları müzakirə olunub.
Mediasiyanın əsas üstünlüyü mübahisə edən tərəfləri qarşı-qarşıya qoymaq deyil, onları ortaq həll yolu axtarmağa təşviq etməkdir. Həmkarlar ittifaqlarının işçilərin hüquqlarının müdafiəsindəki rolu ilə mediasiyanın barışdırıcı imkanlarının uzlaşdırılması əmək münasibətlərində sosial tərəfdaşlığın inkişafına mühüm töhfə verə bilər.










