Xəbərlər
Beyləqanda şəhid Pərvin Əliyevin xatirəsinə həsr olunmuş futbol turniri keçirilib.
28/10/2026, 15:07

Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində şəhid Əliyev Pərvin Vüqar oğlunun əziz xatirəsinə həsr olunmuş futbol turniri keçirilib.
Tədbirdə şəhidlərin xatirəsinin yaşadılmasının, onların qəhrəmanlıq yolunun gənc nəslə çatdırılmasının və vətənpərvərlik ruhunun gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Turnir çərçivəsində Eyvazallar komandası ilə Qəhrəmanlı qəsəbəsinin komandası arasında yoldaşlıq görüşü keçirilib. İdman mübarizəsi və dostluq şəraitində keçən görüş iştirakçılar tərəfindən maraqla qarşılanıb.












