Xəbərlər
Beyləqanda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir təşkil edilib.

28 oktyabr 2026-cı il tarixində 20 oktyabr-20 noyabr tarixlərini əhatə edən “Uşaq hüquqları aylığı” çərçivəsində ETİHİ Beyləqan Rayon komitəsinin, Mil-Muğan Regional Təhsil İdarəsinin Beyləqan rayon üzrə Təhsil Sektorunun, Beyləqan rayon İcra Hakimiyyətinin, Beyləqan rayon Heydər Əliyev Mərkəzinin, Beyləqan rayon üzrə Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə Beyləqan şəhər Humanitar Fənlər Təmayüllü Liseyində “Hüquqlarımız, azdlıqlarımız və vəzifələrimiz” adlı marifləndirici görüş təşkil edilib.
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi Suliddin Əsgərov, Beyləqan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Vəfa Zamanova, Gənclər və İdman Sektorunun aparıcı məsləhətçisi Elnur Səfərov, Təhsil Sektorunun aparıcı məsləhətçisi Nərmin Cəfərova, eləcə də ETİHİ-nin rayon üzrə əməkdaşı Anar Yaqubov çıxış edərək uşaq hüquqlarının müdafiəsinin hüquqi əsasları və dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumat verilib.
Bildirilib ki, Azərbaycanda dövlət uşaq siyasətinin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə davam etdirilir. Uşaq hüquqlarının qorunması və təşviqi sahəsində ölkəmizdə bir sıra tədbirlər həyata keçirilir, iqtisadi, sosial, mədəni, hüquqi və digər sahələrdə mühüm islahatlar aparılır.
Görüş şagirdlərin hüquqi biliklərinin artırılması, uşaq hüquqlarına hörmət prinsipinin təşviqi və hüquqi məsuliyyət hissinin gücləndirilməsi baxımından əhəmiyyət kəsb edib.











