“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Beyləqanda Zəfər Gününün 6 illik yubileyi münasibətilə veteranlar, müharibə iştirakçıları və hərbiçılər gənclərin görüşü təşkil edilib.

05/11/2026, 17:24
xeber1


05 noyabr 2025-ci il tarixində Beyləqan rayon Heydər Əliyev Mərkəzinin, Beyləqan rayon üzrə Gənclər və İdman Sektorunun, Mil-Muğan Regional Təhsil İdarəsinin Beyləqan rayon üzrə Təhsil Sektorunun , ETİHİ-nin Beyləqan rayon Komitəsinin və Gənclər Evi SXM-nin birgə təşkilatçılığı ilə Zəfər Gününün 6 illik yubileyi münasibətilə “Tarixi Qələbə böyük uğurların bələdçisi və təminatçısıdır” adlı görüş təşkil edilib.Keçirilən tədbirdə Vətən Müharibəsi iştirakçıları, veteranlar, gənclər və məktəblilər iştirak edib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda diqqətə çatdırılıb ki, tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan xalqı böyük coşqu və fəxarət hissləri ilə 8 Noyabr - Şanlı Zəfər qələbəsinin 6-ci ildönümünü qeyd edir. Bildirilib ki, bu möhtəşəm qələbə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında xalqımızın əzmkarlığının və Ordumuzun şücaətinin nəticəsidir.

Tədbirdə Vətən müharibəsi iştirakçıları keçdikləri döyüş yolu ilə bağlı xatirələrini bölüşüblər.

Sonda Vətən müharibəsi iştirakçıları Fəxri diplomlarla təltif olunub , “Zəfərə aparan yol” adlı videoçarx nümayiş olunub.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: