“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

🏆Beynəlxalq İdman Gününə həsr olunmuş fiziki tərbiyə dərsi.

07/04/2026, 09:45
xeber1

Ağcabədi şəhər Səməd Vurğun adına 4 nömrəli tam orta ümumtəhsil məktəbində şagirdlər üçün fiziki tərbiyə dərsi keçirilib.

Beynəlxalq İdman Gününə həsr olunmuş fiziki tərbiyə dərsinin keçirilməsində məqsəd ,06 aprel 2026-cı il tarixində İnkişaf və Sülh naminə Beynəlxalq İdman Gününün qeyd edilməsidir.

Dərsin təşkili Gənclər və idman idarəsinin “Ali-Mehdi” Taekvondo Klubunun direktoru və məşqçi-müəllimi, yetirmələri Avropa birinciliyinin, eləcə də bir çox beynəlxaq yarışların qalibi və mükafatçısı olmuş İsmayılov Zöhrab Rüstəm oğlu tərəfindən aparılıb.

Dərs zamanı şagirdlərə fiziki hazırlığın əhəmiyyəti, sağlam həyat tərzinin vacibliyi barədə məlumat verilib, həmçinin müxtəlif praktik hərəkətlər icra olunub.

Səməd Vurğun adına Şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbi il boyu şagirdlərdə idmanın inkişaf etdirilməsi, gənclər arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təşviqi və fiziki aktivliyin genişləndirilməsində böyük nailiyyətlər qazanıb.

Məktəbin fiziki tərbiyyə müəllimi Quluyev Zaur Barat oğlu pedaqoji biliyi və idman sahəsində qazandığı uğurlarına görə şagirdləri dəfələrlə rayonlararası turnirlərdə ,respubilka yarışlarında qalibi olub .

Quluyev Zaur Barat oğlunun idman sahəsindəki uğurları Elm və Təhsil İşçiləri Həmkarlar İttıfaqı Ağcabədi Rayon Komitəsi tərəfindən daim yüksək qiymətləndirilir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: