“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Beynəlxalq Əmək Təşkilatının (BƏT) tövsiyəsinə əsasən, hər il 28 aprel tarixi “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” devizi altında qeyd olunur.

22/10/2025, 09:41
xeber1

Beynəlxalq Əmək Təşkilatının (BƏT) tövsiyəsinə əsasən, hər il 28 aprel tarixi “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” devizi altında qeyd olunur.

Bu münasibətlə aprel ayı ərzində ATİAHİ Masallı Rayon Komitəsinin əhatə dairəsində fəaliyyət göstərən Masallı şəhər R.Əlihəsənov adına 1 nömrəli tam orta, Ərkivan qəsəbə Z.Nəcəfov adına 2 nömrəli tam orta, Təzə Alvadı kənd E.Əhədov adına 1 nömrəli tam orta, Banbaşı kənd C.Qasımov adına tam orta, Köhnə Alvadı kənd Ə.Əsgərov adına tam orta, Həsənli kənd tam orta, Qəzvinoba kənd ümumi orta ümumtəhsil məktəblərində, "Dəfinə" texniki-ryaziyyat təmayüllü liseydə, Masallı Dövlət Regional Kollecində və digər təhsil müəssisələrində işəgötürənlərin iştirakı ilə seminar görüşlər təşkil olunmuşdur. Tədbir iştirakçılarına əmək hüquqları, təhlükəsiz və sağlam iş mühitinin formalaşdırılması, "Rəqəmsallaşmavə süni itellektin iş yerlərinə təsiri" kimi aktual mövzularda məlumat verilmiş, ittifaq üzvlərini maraqlandiran suallar ətraflı cavablandırılmışdır.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: