Xəbərlər
"Beynəlxalq Müəllimlər Günü" münasibətilə keçirilən ilk tədbirimiz S.Yolçuyev adına 207 nömrəli tam orta məktəbdə oldu

“Ən sevimli müəllimim” layihəsinin ilk ünvanı –S.Yolçuyev adına 207 nömrəli am orta məktəb məktəb. Layihəmizin qaliblərini təbrik etmək üçün bu məktəbə yollandıq.
Şagirdlərinin seçdiyi müəllimləri bir-bir tanıdıqca, onlarla söhbət etdikcə anladıq ki, bu layihə bizim üçün yalnız qalibləri müəyyənləşdirib təltif etməkdən ibarət deyil. Bu layihə həm də müəllimlərimizi daha yaxından tanımağa, onları hiss etməyə və onların hekayələrinə toxunmağa vəsilə oldu.. Müəllimlərimizdən birinin söylədiyi:
"Bu gün həyatımda olan ən mənalı günlərdən biri oldu...” cümləsi isə bizim üçün bu layihənin ən gözəl qiymətləndirilmələrindən biri idi.. Söhbətlər zamanı başqa həmkarlarımızın yay tətilində “Təhsil İstirahət Mərkəzi”ndə istirahətin yaratdığı imkanlardan, həmkarlar ittifaqının öz üzvləri üçün təqdim etdiyi sosial dəstək və imkanlardan məmnunluqla danışmaları da bizim üçün ayrıca sevindirici oldu.. Çünki həmkarlar təşkilatının gücü yalnız gördüyü işlərin sayında deyil, üzvünün həyatına toxunduğu anda özünü göstərir..
Əziz müəllimlər,
Hər zaman şagirdlərinizin sevimlisi olun! Mühitiniz gözəl, auranız xoş, əməyiniz dəyərli olsun!
Biz isə ETİHİ Nərimanov RK olaraq istəyirik ki, bu gözəl mühitə bəzən kiçik toxunuşlarla daha da xoş anlar qataq; sizi təbrik etməyə, sevindirməyə, əməyinizə dəyər verdiyimizi göstərməyə gələk..
“Ən sevimli müəllimim” layihəsinin sorğusunun keçirilməsinə və yekun təltif mərasiminin məktəbdə təşkilinə göstərdikləri dəstəyə görə S.Yolçuyev adına 207 nömrəli tam orta məktəbin rəhbərliyinə və bütün kollektivinə dərin təşəkkürümüzü bildiririk!
İlk görüşümüz bizə çox gözəl hisslər bəxş etdi. Yolumuz davam edir...
Növbəti ünvanımızda görüşənədək, əziz müəllimlər!








