“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimlər təltif olunub

05/10/2026, 17:44
xeber1

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Mingəçevir Dövlət Universitetində (MDU) tədbir keçirilib.

Tədbirdə universitetin rektoru Anar Eminov professor-müəllim heyəti ilə görüşərək müəllimlərin təhsilin keyfiyyətinin yüksəldilməsində, elmi mühitin inkişafında və gənc nəslin formalaşmasında mühüm rolunu vurğulayıb.

Bildirilib ki, MDU-nun inkişafında peşəkar akademik insan kapitalının gücləndirilməsi, müasir tədris mühitinin yaradılması və müəllimlərin fəaliyyətinin dəstəklənməsi prioritet istiqamətlərdəndir.

Tədbirin sonunda universitetdə səmərəli fəaliyyəti ilə seçilən bir qrup müəllim Beynəlxalq Müəllimlər Günü münasibətilə təltif olunub. Təltif edilənlər arasında həm təcrübəli müəllimlər, həm də gənc əməkdaşlar yer alıblar.

MDU HİK tərəfindən müəllimlərin əməyinin qiymətləndirilməsi, onların sosial dəstəklənməsi və peşə fəaliyyətinin təşviqinə yönələn təşəbbüslərin əhəmiyyəti vurğulanıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: