“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.

04/10/2025, 18:00
xeber1

Elm və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Kəlbəcər Rayon Komitəsi tərəfindən Gəncə şəhərində yerləşən 11 nömrəli və Yevlax şəhərində fəaliyyət göstərən 30 nömrəli orta məktəbdə Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.


Tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon Ağsaqqalar Şurasının sədri Aqil Məmmədov, Kəlbəcər rayon Təhsil Sektorunun əməkdaşları Zəhra İbrahimova, Aytac Məmişova, Qərib Abbasov, Elm və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Kəlbəcər rayon komitəsinin müdiri Şəlalə Məmmədova, rayon Həmkarlar Komitəsinin sədri Əli Bağırov və təhsil işçiləri iştirak ediblər.


Çıxış edənlər müəllimləri Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edərək, onların gənc nəslin formalaşmasında göstərdikləri fədakar əməyə dərin minnətdarlığını bildirib, təhsilin inkişafındakı xidmətlərini vurğulayıblar. 32 ildən sonra Kəlbəcər rayonunda yeni məktəbin fəaliyyətə başladığını və işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində təhsil müəssisələrinin tikintisi və təmirinın davam etdiyini bildiriblər.


Sonda, təhsilin inkişafındakı xidmətlərinə və gənc nəslin təlim-tərbiyəsi sahəsindəki yüksək nailiyyətlərinə görə bir qrup təhsil işçisi Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif olunub.

#etihikəlbəcər #ETİHİ #müəllimlərgünü

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: