Xəbərlər
Beynəlxalq Mühasiblər Günü qeyd olundu

10 noyabr – Beynəlxalq Mühasiblər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi tərəfindən bir qrup mühasibə fəxri fərman və hədiyyələr təqdim olunub.
Qeyd olunub ki, mühasiblik böyük məsuliyyət, dəqiqlik və peşəkarlıq tələb edən sahələrdən biridir. Bu sahədə çalışan əməkdaşların zəhmətinin qiymətləndirilməsi, onların əməyinə verilən dəyərin ifadəsi xüsusi əhəmiyyət daşıyır.
Sonda peşə fəaliyyətində fərqlənən bir qrup mühasibə göstərdikləri xidmətlərə və səmərəli fəaliyyətlərinə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi tərəfindən fəxri fərman və hədiyyələr təqdim olunub.
Beynəlxalq Mühasiblər Günü münasibətilə bütün mühasibləri təbrik edir, onlara möhkəm cansağlığı, işlərində uğurlar və yeni nailiyyətlər arzulayırıq!














