Xəbərlər
Beynəlxalq Qadınlar Günü münasibətilə tədbirlər keçirilib
06/03/2026, 21:53
8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ETİHİ Səbail Rayon Komitəsinin ilk təşkilat sədrləri ilə görüş keçirilib.
Görüş zamanı qadınların cəmiyyətin inkişafındakı rolu, həmçinin onların həmkarlar ittifaqı fəaliyyətində göstərdikləri fəallıq xüsusi vurğulanıb.
Tədbirdə ittifaq üzvləri səmimi söhbət mühitində bir araya gələrək qarşılıqlı fikir mübadiləsi aparıblar. Bayram münasibətilə 38 ilk təşkilatın sədrlərinə və 50 ittifaqın nümayəndələrinə simvolik hədiyyələr təqdim olunub.
ETİHİ Səbail Rayon Komitəsi bütün qadın ittifaq üzvlərini 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək onlara möhkəm can sağlığı, xoşbəxtlik və fəaliyyətlərində uğurlar arzulayıb.






