Xəbərlər
Beynəlxalq Qadınlar Günü Münasibətilə Xüsusi Gəzinti
06/07/2026, 18:23

🌸 Beynəlxalq Qadınlar Günü Münasibətilə Xüsusi Gəzinti 🌸
Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tərəfindən fəal xanım tələbələr üçün İçəri Şəhər gəzintisi təşkil olunmuşdur 🏰✨. Tədbir çərçivəsində iştirakçılar xüsusi icazə ilə tarixi muzeylərə daxil olmuş, burada mədəni irs və tarixi abidələr barədə ətraflı məlumat əldə etmişlər 🖼️📜.
Gəzinti proqramına nahar və çay süfrəsi də daxildir , burada tələbələr həm xoş vaxt keçirib, həm də sosial ünsiyyət imkanlarını genişləndirmişlər . Bu tədbir universitetin fəal xanım tələbələrinin mədəni, sosial və intellektual inkişafını dəstəkləmək məqsədini daşıyır🌟.





