Xəbərlər
Bəzi filmlər izlənilmir, yaşanılır...

Bəzi filmlər izlənilmir, yaşanılır...
“44” filmi də məhz belə bir hekayədir. Çünki burada söhbət yalnız ekranda canlanan hadisələrdən deyil, bir xalqın yaddaşından, bir Vətənin taleyindən, 44 günə sığan böyük bir Zəfərdən gedir.
Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə əməkdaş və müəllimlərindən ibarət 44 nəfərlik heyət “44” filmini birlikdə izləyərək bu duyğuları bir daha yaşayıb.
Ekranda hər kadr dəyişdikcə insan bir daha anlayırdı ki, Vətən bəzən bir sözə, bir bayrağa, bir torpaq parçasına sığmır. Vətən-uğrunda döyüşənlərin cəsarəti, gözləyənlərin duası, şəhid analarının qüruru, əsgər məktublarındakı ümid və Zəfər səhərində dalğalanan bayrağın yaratdığı hissdir.
Bu film bizə bir daha xatırlatdı ki, 44 gün yalnız təqvimdə qalan günlər deyil. 44 gün Azərbaycan tarixinin yaddaşına yazılmış şərəf salnaməsidir.
Bu mənalı görüşün keçirilməsinə dəstək göstərən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına təşəkkürümüzü bildiririk.
Bu gün biz bir film izlədik.
Amma əslində Vətənin hekayəsini dinlədik…
Qürurla, sükutla, kövrələrək və sonsuz minnətdarlıqla...
Çünki Vətən haqqında danışılan hər hekayənin sonunda bir həqiqət var: Bu torpağın hər qarışı bizə əmanətdir. 🇦🇿
44-tariximizdir.
44-Zəfərimizdir.
44-Vətənimizin yaddaşında əbədi yaşayacaq!
Filmin ərsəyə gəlməsində əməyi keçən hər kəsə minətdarlığımızı bildiririk!



