“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Bəzi insanlar yaşa dolmur, illərə dəyər qatır

01/09/2026, 14:07
xeber1

Göyçay şəhəri Ə.Q. Qantəmir adına 9 nömrəli tam orta ümumtəhsil məktəbinin uzun illər direktoru olmuş Qəribov Akif Mövsüm oğlunun 65 illik yubileyi münasibətilə tədbir keçirilib.


Tədbirdə ETİHİ Göyçay RK sədri Kəmalə Səmədova da iştirak edib.


Akif müəllim ömrünün böyük bir hissəsini təhsilə, müəllimliyə və rəhbərlik etdiyi məktəbə həsr edib. Uzun illər ərzində o, sadəcə direktor deyil, kollektiv üçün dayaq, sözünə güvənilən rəhbər, qayğısı və səmimiyyəti ilə seçilən bir insan olub.


Bu gün onun 65 illik yubileyini qeyd edərkən ən qiymətli hədiyyə, yəqin ki, illər boyu qazandığı insan sevgisi və hörmətidir.


Çünki vəzifələr bitir, illər keçir, məktəbin dəhlizlərində nəsillər dəyişir… Amma yaxşı insanın qoyduğu iz heç vaxt silinmir.


Akif müəllim, 65 yaşınız mübarək!

Sizə möhkəm cansağlığı, uzun ömür, ailənizlə birlikdə firavan və xoş günlər arzulayırıq. Arzu edirik ki, illər sonra da adınız çəkiləndə insanların üzündə təbəssüm, qəlbində isə xoş bir xatirə yaransın.


Çünki gözəl rəhbərlər və yaxşı insanlar unudulmur… Onlar yaddaşlarda yaşayırlar.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: