Xəbərlər
Bilik ağacı – yaradıcılığın gözəl nümunəsi
13/02/2026, 12:44

Göyçay şəhər Şahkərəm Qurbanov adına 11 nömrəli uşaq bağçasının müdiri Abdullayeva Nərmin Mübariz qızı tərəfindən köhnə kitablardan hazırlanmış möhtəşəm əl işi böyük maraq və rəğbətlə qarşılanmışdır.
Kitab səhifələrindən ərsəyə gələn “Bilik ağacı” kompozisiyası həm maarifçiliyin, həm də yaradıcılığın rəmzi kimi xüsusi diqqət çəkir. Bu cür təşəbbüslər uşaqlarda kitaba sevgi, estetik zövq və ətraf mühitə həssas münasibətin formalaşmasına töhfə verir.
Nərmin müəlliməyə təşəkkür edir, yaradıcılıq fəaliyyətində uğurlar arzulayırıq.
VİDEO:https://www.facebook.com/share/r/18BL23piyt/?mibextid=wwXIfr



