“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Bilik Günü

20/10/2025, 18:14
xeber1

Bu gün Goranboy şəhər 4 nömrəli tam orta məktəbdə yeni tədris ilinin başlanğıcı münasibətilə Bilik Günü tədbiri keçirildi. Tədbirdə Goranboy Rayon İcra Hakimiyyətinin birinci müavini Nazarov Seymur, Goranboy-Naftalan rayonları üzrə Təhsil Sektorunun müdiri Vüsal Cəfərov,Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy Rayon Komitəsinin sədri Kamil Baxşəliyev iştirak etdilər.


Tədbir Dövlət himni ilə başlandı, Vətən uğrunda canından keçmiş qəhrəman Şəhidlərimiz ehtiramla yad olundu.


✨ Qonaqlar çıxış edərək şagirdlərimizi və müəllimləri yeni dərs ili münasibətilə təbrik etdilər, elm və bilik yolunun əhəmiyyətindən danışaraq təhsilin inkişafında üzərlərinə düşən məsuliyyəti xatırlatdılar. Onlar bütün şagirdlərə uğurlar, müəllimlərə isə fəaliyyətlərində yeni nailiyyətlər arzuladılar.


🌟 Yeni tədris ilində bütün şagirdlərimizə uğurlar arzulayırıq!


Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: