“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Bilik Günü münasibətilə görüş

15/09/2026, 13:41
xeber1

15 sentyabr – Bilik Günü münasibətilə ETİHİ Nəsimi Rayon Komitəsinin sədri Reyhan Ocaqova 92 nömrəli körpələr evi-uşaq bağçasında olub.Görüş zamanı bağçanın rəhbərliyi və kollektivi ilə səmimi fikir mübadiləsi aparılıb, yeni tədris ilinin başlanması münasibətilə təhsil işçilərinə xoş arzular çatdırılıb. Reyhan Ocaqova təhsil və tərbiyə prosesində məktəbəqədər təhsil müəssisələrinin mühüm rolunu qeyd edərək, uşaqların sağlam, savadlı və hərtərəfli şəxsiyyət kimi formalaşmasında pedaqoji kollektivin əməyinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.Bilik Günü münasibətilə bağçanın kollektivinə yeni tədris ilində uğurlar, möhkəm cansağlığı, fəaliyyətlərində nailiyyətlər və gələcək nəslin tərbiyəsi istiqamətində məsuliyyətli işlərində müvəffəqiyyətlər arzulayıb.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: