“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Bilik Gününə həsr edilmiş bayram tədbiri

15/09/2026, 14:20
xeber1

15 Sentyabrın 2026-cı il tarixdə Daşkəsənin bütün ümumtəhsil məktəblərində Bilik Gününə həsr edilmiş bayram tədbirləri keçirilib. Tədbirdə Elm və təhsil işcilərinin həmkralar ittifaqının Daşkəsən rayon komitəsinin sədri Rabil İbrahimov, Daşkəsən şəhər S.Vurğun adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Aynur Hüseynova, Ağsakkallar şurasının sədri Cavanşir Qocayev, ziyalılar, ictimaiyyət nümayəndələri şagirdlərin, valideyinlər və təhsil işçilərinin iştirak edib. Tədbir Dövlət Himnimizin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin, o cümlədən şəhidlərimizin əziz xatirəsini yad etməklə başlayıb. Tədbirdə çıxış edən məkrəbin rəhbəri rayonda tədrisin maddi-texniki bazasının möhkəmləndirilməsi, şagirdlərin normal təhsil almaları üçün lazımi şəraitin yaradılması sahəsində görülən işlərin miqyası atılan bütün addımlar ölkə rəhbərliyinin Daşkəsənlilərin bu gününə və sabahına olan qayğısının göstəricisidir. Sonra Cavanşir müəllim çıxış edərək Ulu Öndərin müəyyənləşdirdiyi strateji inkişaf xətti hazırda Prezident cənab İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun davam etdirildiyini bildirdi. Elm və təhsil işcilərinin həmkralar ittifaqının Daşkəsən rayon komitəsinin sədri Rabil İbrahimov çıxış edərək bildirdi ki, Daşkəsən rayonu üzrə Təhsil Sektorundan, 2026-2027-cı tədris ilində rayonun 31 ümumtəhsil məktəbində 1952 nəfər şagird dərsə başlayıb. 141 nəfər şagird ilk dəfə məktəbə qədəm qoyan birincilərdir. Rayon üzrə 626 nəfər pedaqoji işçi şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olur. Sondə bir sıra natiqlər və vaildeyinlər çıxış edərək şagirdlərimizə uğurla arzu etdilər. Tədbirin davamı bədii hissə ilə davam etdi.Məktəblilərin hazırladığı bədii kompozisiya alqışlarla qarşılanıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: