“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Bilik gününün ümumtəhsil məktəblərində qeyd edilməsi.

15/09/2025, 13:46
xeber1

15 sentyabr “Bilik günü” münasibətilə Yevlax Şəhər S.Əliyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində tədbir keçirilib.

Tədbirdə Yevlax şəhər İcra Hakimiyyətinin ,Yevlax Rayon Təhsil Sektorunun əməkdaşları,Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yevlax Şəhər Komitəsinin sədri, şəhid Rəşad Budaqovun anası ,məktəb rəhbərliyi və kollektivi iştirak edib.

Tədbir Azərbaycan Dövlət Himninin səslənməsi və vətən uğrunda canından keçmiş şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən qonaqlar yeni tədris ili münasibətilə məktəb kollektivini və şagirdləri təbrik edərək onlara bol nailiyyətlər diləyiblər.

ETİHİ Yevlax Şəhər Komitəsinin sədri Əfsanə Səlimova çıxışı zamanı bütün məktəb kollektivini və şagirdləri təbrik edib ,onlara uğurlar arzu edib.Həmçinin Əfsanə Səlimova məktəbə yeni təyin olunmuş direktor Camal Bərxudarovu da təbrik edərək , ona yeni fəaliyyətində çoxlu müvəffəqiyyətlər arzu edib.

Sonra tədbir bədii hissə ilə davam edib.Şagirdlər rəqs edib ,mahnı oxuyub,şeir söyləyiblər.

Bilik günü Yevlax rayon Xaldan Ümumi orta ümumtəhsil məktəbində də qeyd edilib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yevlax Şəhər Komitəsi sədri və əməkdaşları məktəbə baş çəkərək,məktəb rəhbərliyi,kollektivi və şagirdləri salamlayıb ,yeni tədris ili münasibətilə təbrik edib,xoş arzularını bildiriblər.

Komitə sədri Əfsanə Səlimova Yevlax Rayon Xaldan Ümumi orta məktəbində birinci sinfə qədəm qoymuş şəhid övladı Cəfərova Nurlana Fərid qızı ilə görüşüb, ona təhsilində uğurlar arzu edərək xatirə şəkli çəkdirib.

Sonda məktəbin direktoru və tədris apardığı sinfin monitorinq nəticəsi yüksək olan ibtidai sinif müəllimi hədiyyə və təşəkkürnamə ilə təltif ediliblər.

Göstərilən dəstəyə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə təşəkkür edirik.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: