Xəbərlər
Binəqədi Rayon Komitəsində kollektiv müqavilələrin imzalanma prosesi başa çatdı
28/11/2025, 15:24

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Binəqədi Rayon Komitəsinin nəzdində olan ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri və ilk həmkarlar təşkilat sədrləri arasında 2025–2027-ci illəri əhatə edən Kollektiv müqavilə imzalanmışdır.
İmzalanmış Kollektiv müqavilə əmək münasibətlərinin tənzimlənməsi, işçilərin sosial müdafiəsinin gücləndirilməsi, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır.
















