“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Binəqədi Rayon Komitəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş voleybol və mini futbol idman yarışlarının 2-ci yer qalibləri mükafatlandırıldılar.

26/01/2026, 16:35
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin və Bakı Şəhər Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş yarışların şəhər mərhələsində Binəqədi Rayon Komitəsinin təhsil işçiləri mini futbol və voleybol üzrə 2-ci yerin qalibi oldular. Bu məqsədlə Binəqədi Rayon Komitəsində təqdimat tədbiri keçirildi.

Tədbirdə Binəqədi Rayon Komitəsinin sədri Zahir Həsənov qalibləri təbrik edərək , peşə fəaliyyətlərində uğurlar arzuladı. Sonda isə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təqdim edilmiş diplom və medallar qaliblərə təqdim olunaraq xatirə şəkili çəkildi.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: