Xəbərlər
Binəqədi Rayon Komitəsinin məktəbəqədər təhsil müəssisələrinə yay gəzintisi təşkil olunub

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Binəqədi Rayon Komitəsi tərəfindən ittifaq üzvlərinin asudə vaxtlarının səmərəli təşkili və istirahət imkanlarının təmini məqsədilə uşaq bağçalarındaki ittifaq üzvlərimizin Quba-Qusar rayonuna növbəti istirahət səfəri həyata keçirilmişdir.
Təmiz hava və gözəl mənzərə ilə əhatələnmiş bir məkanda istirahət etmiş, mənalı vaxt keçirmişlər. Onlar bir günlük də olsa gündəlik iş gərginliyindən uzaqlaşaraq həm fiziki, həm də mənəvi baxımdan dincəlmək və yeni iş həftəsinə gümrah başlamaq imkanı əldə etmişlər.
Səfər iştirakçıları göstərilən diqqət və qayğıya görə AHİK, ETİHİ rəhbərliyinə, eyni zamanda ETİHİ Binəqədi Rayon Komitəsinin rəhbərliyinə təşəkkürlərini bildirmiş, belə təşəbbüslərin təhsil işçilərinin rifahına, sosial və mədəni ehtiyaclarının qarşılanmasına xidmət etdiyini məmnuniyyətlə qeyd etmişlər.












