Xəbərlər
Binəqədi Rayon Komitəsinin təhsil müəssisələrində təhsil alan şəhid övladlarına məktəbli forması təqdim edildi

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Binəqədi Rayon Komitəsi tərəfindən təhsil müəssisələrində oxuyan 35 şəhid övladlarına məktəbli formaları təqdim edilib.
Yeni tədris ilinin başlanması münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə şəhid övladlarına məktəb geyimləri və zəruri məktəb ləvazimatları verilib.
Şəhidlərimizin əziz xatirəsini uca tutmaq, onların ailələrinə mənəvi dəstək göstərmək və övladlarının keyfiyyətli təhsil almalarına kömək etmək hər birimizin müqəddəs borcudur.
Bu diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, eləcə də Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyinə minnətdarlığımızı bildiririk.



