Xəbərlər
Bir Günlük Gəzinti, Uzunmüddətli Xoş Təəssüratlar
13/07/2026, 00:26

ETİHİ Nəsimi Rayon Komitəsinin dəstəyi ilə 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin kollektivi üçün gəzinti təşkil olunub.Üzv təşkilatların asudə vaxtının səmərəli təşkili, kollektivlər arasında həmrəyliyin və qarşılıqlı ünsiyyətin möhkəmləndirilməsi məqsədilə keçirilən bu cür tədbirlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanır.Səmimi və xoş atmosferdə keçən gəzinti iştirakçılara istirahət etmək, gözəl təəssüratlar qazanmaq və kollektiv ruhunu daha da gücləndirmək imkanı yaradıb.





