Xəbərlər
Bir günlük gəzintinin təşkil edilməsi

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Daşkəsən Rayon Komitəsinin təşkilatçılığı və dəstəyi ilə Daşkəsən rayon Şair Cavad adına Təzəkənd kənd ümumi orta ümumtəhsil məktəbinin kollektivini Azərbaycanın dilbər guşələrindən olan Qəbələ, Şəki və Mingəçevir şəhərlərinə səfər təşkil olunmuşdur. Azərbaycanın tarixi, mədəni irsi yaxından tanış olaraq unudulmaz xoş təəssüratlar qazanmaqla həm vətənə bağlılıq hissinin daha da güclənməsinə, həm də keçmişin izlərini, bu günün qürurunu və sabaha olan inamı özündə birləşdirən səfər iştirakçıların yaddaşında dəyərli xatirə kimi kollektiv üzvləri tərəfindən böyük məmnunluqla qarşılanıb. Həmkarlar arasında ünsiyyətin, həmrəyliyin daha da möhkəmlənməsinə töhfə veribdir. Səfərdə iştirak edən həmkar üzvləri bir günlük gəzintinin təşkil edilməsində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbəliyinə və bu işdə əməyi olan şəxslərə öz dərin minnətdarlıqlarını bildiriblər.









