Xəbərlər
Bir müəllim ömrü
14/11/2025, 16:29

Göyçay rayon E. Əzizov adına Çərəkə kənd 2 saylı tam orta məktəbində müəllim Cahangirova Sədaqət müəllimin 65 illik yubileyi keçirildi.
Tədbirdə ETİHİ Göyçay RK sədri Kəmalə Səmədova, məktəb rəhbərliyi və kollektiv iştirak etdi. Çıxışlarda Sədaqət müəllimin pedaqoji fəaliyyətindən, məktəb həyatına verdiyi töhfələrdən söz açıldı.
ETİHİ tərəfindən müəllimə Fəxri Fərman və mükafat təqdim olundu.
Sədaqət müəllimi bu münasibətlə təbrik edir, sağlamlıq və uğurlar arzulayırıq!











