“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Bir nömrəli Körpələr Evi–Uşaq Bağçası

02/06/2026, 09:18
xeber1

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETİHİ Ağstafa Rayon Komitəsi nin təşkilatlarından olan Ağstafa şəhər 1 nömrəli Körpələr Evi–Uşaq Bağçasında olduq. Bayram tədbiri çərçivəsində balaca fidanların hazırladıqları maraqlı səhnəcikləri, rəqsləri, şeirləri və müxtəlif oyunları böyük maraq və sevinc hissi ilə izlədik. Uşaqların nümayiş etdirdikləri bacarıqlar, onların saf duyğuları və səmimiyyətləri hər bir iştirakçıda xoş təəssüratlar yaratdı. Sağlam, savadlı, vətənini sevən vətəndaşların formalaşması məhz bu gün körpələrə göstərilən diqqət və qayğıdan başlayır. Gələcəyimizi işıqlı görmək istəyiriksə, uşaqlarımıza sevgi, qayğı və düzgün tərbiyə verməli, onların hərtərəfli inkişafı üçün əlimizdən gələni etməliyik. Bu münasibətlə Ağstafa şəhər 1 nömrəli Körpələr Evi–Uşaq Bağçasının rəhbərliyinə və bütün kollektivinə dərin minnətdarlığımızı bildiririk. Körpələrin təlim-tərbiyəsində göstərdikləri əzmkarlığa, onların vətənpərvər ruhda, milli-mənəvi dəyərlərə bağlı, gələcəyin layiqli vətəndaşları kimi yetişmələri naminə gördükləri fədakar işlərə görə hər bir müəllimə və tərbiyəçiyə təşəkkür edirik.

Əziz balalarımızı 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ürəkdən təbrik edir, onlara sağlam, xoşbəxt və uğurlu gələcək arzulayırıq. Bayramınız mübarək olsun, əziz uşaqlar!

Gallery Image

Sosial şəbəkələrdə paylaş: