“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

“Bir ömrün kitabı” adlı ədəbi-bədii gecə keçirilib

05/05/2026, 17:15
xeber1

05 may 2026-cı il tarixində 14 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi Elnurə Məmmədovanın rəhbərlik etdiyi “Ana dilimizi sevək, sevdirək” dərnəyinin şagirdlərinin iştirakı ilə Azərbaycanın ictimai-siyasi xadimi, Xalq şairi, yazıçı və dramaturq Sabir Rüstəmxanlının yaradıcılığına həsr olunmuş “Bir ömrün kitabı” adlı ədəbi-bədii gecə keçirilib.Tədbirdə ETİHİ Nəsimi Rayon Komitəsinin sədri Reyhan Ocaqova iştirak edib. Gecə Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.Tədbir çərçivəsində şagirdlər şairin “Vətən”, “Analar ağlamasın”, “Ana dili” və digər şeirlərini səsləndirib, “Torpağım” mahnısı ifa olunub, “Cavad xan” filmindən kadrlar nümayiş etdirilib və “Biləncik və Gülənciyin nağılı” əsəri əsasında səhnəcik təqdim edilib. Gecə musiqi və rəqs nömrələri ilə davam edib.

Çıxış edən Reyhan Ocaqova belə tədbirlərin gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsində mühüm rol oynadığını vurğulayıb və şagirdlərin fəallığını yüksək qiymətləndirib.Sonda Sabir Rüstəmxanlı çıxış edərək sualları cavablandırıb və tövsiyələrini bölüşüb. Tədbir böyük maraqla qarşılanıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: