“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Bir ömrün mənalı hesabatı

21/04/2026, 11:42
xeber1

Bu gün 2 növbəli körpələr evi-uşaq bağçasının dəyərli əməkdaşı Abdullayeva Kifayət İslam qızının 65 illik yubileyi qeyd olundu.


Yubiley münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsinin əməkdaşı tədbirdə iştirak edərək Kifayət müəlliməni səmimi qəlbdən təbrik etdi, ona xoş arzularını çatdırdı.


Tədbir zamanı Kifayət müəllimə öz duyğularını bölüşdü, keçdiyi mənalı həyat yolundan bəhs etdi. Kollektiv üzvləri isə onun haqqında xoş sözlər söyləyərək, dəyərli həmkarlarına möhkəm can sağlığı, uzun ömür və xoş günlər arzuladılar.


Uzun illər ərzində göstərdiyi zəhmət, uşaqlara bəxş etdiyi sevgi və qayğı ilə Kifayət müəllimə hər zaman hörmət və ehtiram qazanmışdır.


Bu əlamətdar gün münasibətilə onu bir daha ürəkdən təbrik edir, həyatının növbəti illərinin sevinc, rahatlıq və xoş anlarla dolu olmasını arzulayırıq!

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: