Xəbərlər
Bir qrup ittifaq üzvü üçün ekskursiya təşkil olunub

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin təşkilatçılığı ilə Şəki rayonu təhsil müəssisələrində çalışan bir qrup fəal ittifaq üzvü üçün İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğuna birgünlük ekskursiya təşkil olunub.
Ekskursiya zamanı ittifaq üzvləri İçərişəhərin qədim küçələri, tarixi abidələri və zəngin mədəni irsi ilə yaxından tanış olub, qoruq ərazisində yerləşən tarixi-memarlıq nümunələrini maraqla izləyiblər.
Bu səfər iştirakçılarda xoş təəssüratlar yaradıb, onların asudə vaxtlarının səmərəli təşkilinə və tarixi-mədəni dəyərlərimiz haqqında məlumatlarının daha da zənginləşməsinə töhfə verib.
Xatırladaq ki, bu cür ekskursiyalar Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə təhsil işçilərinin asudə vaxtlarının səmərəli təşkili, onların dünyagörüşünün artırılması, tarixi-mədəni irsimizin daha yaxından tanıdılması və kollektiv münasibətlərin möhkəmləndirilməsi məqsədilə mütəmadi olaraq təşkil olunur.









