Xəbərlər
Bir qrup müəllimin 65 illik yubileyi münasibətilə tədbir keçirildi

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETİHİ Ağstafa Rayon Komitəsi nin təşkilatlarından olan Vurğun qəsəbə tam orta məktəbində bir qrup müəllimin 65 illik yubileyi münasibətilə tədbir keçirildi. Tədbirdə yubilyar müəllimlərə xoş arzular çatdırıldı, onların təhsil sahəsində uzunillik səmərəli fəaliyyətləri, gənc nəslin yetişdirilməsində göstərdikləri xidmətlər yüksək qiymətləndirildi. Görüş zamanı kollektivə həmkarlar təşkilatının fəaliyyəti, üzvlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verildi. Eyni zamanda qarşıdan gələn yay istirahəti mövsümü ilə əlaqədar sanatoriya və kurort-istirahət mərkəzləri haqqında maarifləndirici məlumatlar təqdim olundu, həmkarları maraqlandıran suallar cavablandırıldı. Kollektiv tərəfindən qeyd olundu ki, həmkarlar ittifaqının üzvlərə göstərdiyi diqqət və qayğı hər zaman böyük məmnunluq doğurur. Tədbir iştirakçıları
Ölkə Prezidenti Müzəffər Ali Baş Komandan cənab Ilham Əliyevə,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi rəhbərliyinə dərin təşəkkürlərini bildirdilər.
Sonda iştirakçılar qarşıdan gələn Qurban Bayramı və Müstəqillik Günü münasibətilə təbriklərini çatdıraraq, ölkəmizə daim sülh, əmin-amanlıq və inkişaf arzuladılar.








