Xəbərlər
Bir səfər,min təəssürat

ETİHİ-nin təşəbbüsü ilə bir qrup məktəb rəhbərinin İsmayıllıya səfəri yaddaqalan anlarla yadda qaldı.
Bu səfərin əsas məqsədi rəhbər heyətin asudə vaxtını səmərəli keçirməsi, iş stresindən uzaqlaşıb təbiətin qoynunda dincəlməsi və eyni zamanda həmkarlar arasında ünsiyyətin, dostluğun və əməkdaşlığın daha da möhkəmlənməsi idi.
İsmayıllının füsunkar təbiəti, sərin havası və sakit mühiti iştirakçılara həm fiziki, həm də mənəvi rahatlıq bəxş etdi. Səfər zamanı səmimi söhbətlər, fikir mübadilələri və gələcək fəaliyyətlə bağlı müzakirələr aparıldı. Bu da bir daha göstərdi ki, qeyri-rəsmi mühitdə qurulan ünsiyyət iş həyatına da müsbət təsir edir.
Bu cür təşəbbüslər təhsil rəhbərlərinin motivasiyasının yüksəlməsinə, kollektiv ruhunun güclənməsinə və ümumilikdə təhsil mühitində daha sağlam atmosferin formalaşmasına xidmət edir.
Bir sözlə, İsmayıllı səfəri həm dincəlmək, həm də yenilənmək üçün əla fürsət oldu. Təbiət, dostluq və xoş ovqat – üçü bir yerdə olanda nəticə də gözəl olur.










