“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

“Bir səhnə, min rəng” adlı bədii yaradıcılıq festivalı keçirilib

02/12/2025, 15:38
xeber1

Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin, Azərbaycan Dövlət İqtisad Universitetinin rəsmi tərəfdaşlığı, “Biz bir ailəyik” Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının, Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin, UNEC İnklüziv Təhsil Mərkəzinin və UNEC Yaradıcılıq Mərkəzinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəznində Humanitar Kollecin təşkilati dəstəyi ilə baş tutub. Festivalın təşkil olunmasının səbəbi fiziki məhdudiyyətlərin heç vaxt istedad və yaradıcılıq üçün maneə olmadığını bir daha sübut etməkdir.


Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrlə iş üzrə prorektoru dos. Səadət Qəndilova və tədbirin idea müəllifi UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin mütəxəssisi, “Biz bir ailəyik” Əlilliyi olan Şəxslərə dəstək İctimai Birliyinin sədri Günay Ağazadə çıxış edərək tədbirin əhəmiyyəti barədə məlumat veriblər.


Tədbir bədii hissə ilə davam edib. Sonda isə iştirakçılar mükafatlandırılıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: