“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Bir Təbrik, Bir Təbəssüm

07/01/2026, 14:51
xeber1

Bu gün Göyçay şəhəri Ceyhun Mövsümov adına 3 nömrəli uşaq bağçasının müdiri Sevinc xanımın doğum günüdür.


Bu əlamətdar gün münasibətilə ilk həmkarlar təşkilatının sədri İzzət xanımın və ETİHİ Göyçay RK sədri Kəmalə Səmədovanın təşəbbüsü ilə Sevinc xanıma xoş və səmimi bir sürpriz təşkil olunmuşdur.

Gözlənilməz şəkildə baş tutan bu təbrik Sevinc xanımı olduqca sevindirmiş, müəllimlər kollektivi isə bu xoş anların şahidi olmuşdur. Səmimiyyət, diqqət və dəyərin bir araya gəldiyi bu görüş Sevinc xanım üçün unudulmaz xatirəyə çevrilmişdir. Sevinc xanım öz növbəsində göstərilən diqqət və xoş sürprizə görə dərin təşəkkürünü bildirmiş, bu cür qayğının ona böyük motivasiya verdiyini vurğulamışdır.


Biz də Sevinc xanımı bir daha təbrik edir, ona möhkəm cansağlığı, işlərində uğurlar və daim gülərüz kollektiv arzulayırıq.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: