Xəbərlər
Bir tonqal ətrafında birləşən ürəklər.

Samuxda "Novruz Bayramı” münasibətilə təhsil işçilərinin iştirakı ilə bayram tədbiri keçirilib.
Tədbirdə Samux rayonu üzrə təhsil sektorunun müdiri, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Samux rayon Komitəsinin sədri, təhsil sahəsində çalışan şəhid ailə üzvləri və digər təhsil işçiləri iştirak edib.
Təntənəli mərasimdə Azərbaycanın Milli Qəhrəmanı Eltun İsgəndərovun atası Xaləddin İsgəndərov, şəhid anası Dürdanə Qasımova, Samux rayonu üzrə təhsil sektorunun müdiri Nurlana Həsənova və ETİHİ Samux Rayon Komitəsinin sədri Nazim Musayev çıxış edərək təhsil işçilərini xalqımızın zəngin milli-mənəvi dəyərlərini, qədim adət-ənənələrini özündə yaşadan, baharın gəlişini, təbiətin oyanışını müjdələyən Novruz bayramı münasibətilə təbrik ediblər.
Novruz şənliyi bayramın rəmzi sayılan tonqal ətrafında bədii və musiqili hissə ilə davam edərək xalqımızın qədim adət-ənənələrini əks etdirən səhnəciklər nümayiş etdirilib. Çoxsaylı iştirakçılar milli birlik, həmrəylik və baharın gəlişini təcəssüm etdirən Novruz ənənəsini böyük sevinc və coşqu ilə qeyd ediblər.
Bu kimi tədbirlərin təşkili həmkarlar ittifaqı üzvləri arasında birlik və həmrəyliyin daha da möhkəmləndirilməsinə, milli mənəvi dəyərlərin təbliğinə, eləcə də qarşılıqlı ünsiyyət və əməkdaşlığın inkişaf etdirilməsinə daha dərindən töhvə verir.

















