Xəbərlər
Bir ziyarət, bir ömür xatirə

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsi olaraq bu dəfə 85 yaşlı təqaüdçü müəllimimiz Kərimova Xalisa Şah qızının müəllim ailəsi olan ünvanına yollandıq.
Xalisa müəllimə tanınmış pedaqoqlardan olan Mustafa müəllimin həyat yoldaşıdır. Bu evə daxil olanda hiss olunurdu ki, burada müəllimlik tək bir şəxsin deyil, bütöv bir ailənin həyat tərzidir.
Qapı açılan anda bizi böyük səmimiyyətlə qarşıladı… Onun baxışlarında həm sevinc, həm kövrəklik, həm də illərin dərin xatirələri vardı. Görüş zamanı o, keçdiyi şərəfli müəllimlik yolundan danışdı, sinif otaqlarında keçən illəri xatırladı. Hər sözü bir xatirə, hər xatirəsi bir ömür idi.
Qeyd edək ki, bu ailədə müəllimlik ənənəsi bu gün də davam edir — ailə üzvlərindən biri də hazırda ibtidai sinif şagirdlərinin təlim-tərbiyəsi ilə məşğuldur və bu müqəddəs peşəni eyni sevgi ilə yaşadır.
O evdə bir az nostalji vardı… bir az keçmişin istiliyi, bir az xatirə, bir az da kövrək səssizlik…
Belə görüşlər bir daha göstərir ki, müəllimlik sadəcə peşə deyil — o, nəsildən-nəsilə ötürülən bir dəyər, bir işıqdır.
Xalisa Şah qızına möhkəm can sağlığı və uzun ömür arzulayırıq.








