Xəbərlər
Birgə əməkdaşlığın parlaq nəticəsi

Göyçay şəhər Məhəmməd Füzuli adına 6 saylı tam orta ümumtəhsil məktəbində Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş müəllimlər arasında bilik yarışı keçirilmişdir.
Məktəb kollektivinin müəllim heyətindən təşkil olunmuş komandaların iştirak etdiyi yarış yüksək əhval-ruhiyyə, dostluq və sağlam rəqabət şəraitində baş tutmuşdur. Maraqlı anlarla yadda qalan yarışda iştirakçılar öz bilik və bacarıqlarını nümayiş etdirərək tədbirə xüsusi rəng qatmışlar. Komandalar arasında qarşılıqlı hörmət, birlik və həmrəylik hissi tədbirin əsas xüsusiyyətlərindən biri olmuşdur.
Tədbirdə məktəbin rəhbərliyi, müəllim kollektivi, həmçinin Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay rayon komitəsinin sədri və əməkdaşları iştirak etmişlər. Çıxış edənlər müəllimlərin intellektual potensialının nümayiş etdirilməsi və kollektiv münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından belə tədbirlərin mühüm əhəmiyyət daşıdığını qeyd etmişlər.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın sonunda “İrs” komandası qalib olmuşdur. Qalib komanda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılmışdır.
Sonda xatirə şəkilləri çəkdirilmiş, tədbir iştirakçıları tərəfindən yarış yüksək qiymətləndirilmişdir.









